GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
“Zamir vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatın davam etdirilməsi üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib”, – deyə bildirilib.
Qərargah rəisi hərbi əməliyyatların anklavın həm cənubunda, həm də şimalında əlavə ərazilərə genişləndirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzzanın şimal və cənub bölgələrində hərbi əməliyyatlara başlandığını elan edib.