Qəzzada əməliyyatların ikinci mərhələsi: Təl Əviv əraziyə nəzarət edə biləcəkmi? (ŞƏRH) | …
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir. "İsrailin Qəzzada hərbi əməliyyatları genişləndirməsi prosesi davam edir.
İsrail bu fonda fiziki baxımdan bölgəni tam nəzarətə götürə bilər.
Lakin praktiki və uzunmüddətli prosesdə Təl-Əviv əraziyə nəzarəti əlində saxlamaq imkanına malik deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsrailin Qəzzada əməliyyatların ikinci mərhələsinə başlamasını şərh edərkən deyib.
"Çünki burada qarşıda duran qüvvə yalnız hərbi deyil, həm də ideoloji müqavimətdir.
HƏMAS və digər təşkilatların fəaliyyəti sırf fiziki mübarizə ilə məhdudlaşmır, onların müqaviməti ideoloji və siyasi xarakter daşıyır", deyə ekspert bildirir.
Onun fikrincə, Qəzza əhalisi humanitar faciədən sonra asanlıqla yeni bir siyasi razılaşmaya getməyəcək: "Fələstin müqavimətinin tarixi kökləri də bunu təsdiqləyir.
1936-1939-cu illərdə ingilislərə qarşı başlayan, daha sonra isə 1948-dən etibarən İsrailə qarşı davam edən mübarizə təkcə silahlı fəaliyyət deyil, həm də milli-ideoloji müqavimətdir.
Tam oxu
Xəbəri oxu