Qəzzada əminamanlıq yaratmaq üçün hər şey edəcəyik Ərdoğan

29.11.2024

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcəyini bildirib.

Adalet.az xəbər verir ki, Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur Əl Səidlə Ankarada keçirdiyi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Baydenin açıqlaması gecikmiş olsa da, təqdirə layiq addımdır:

"Türkiyə Qəzzada əmin-amanlıq və sülhün bərqərar olması üçün əlindən gələni etməkdən çəkinməyəcək. ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs irəli sürəcəyinə dair açıqlaması çox gecikib, lakin mühüm addımdlr".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью