Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 13 oktyabr, AZƏRTAC
Səhər saat 8-dən başlayaraq, Qəzzada əsir və girovların mübadiləsinə başlanılıb.
AZƏRTAC “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazırdır.
Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınır.
“Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək.
“Extra news” telekanalının məlumatına görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə