Qəzzada həlledici 30 gün

20.10.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası Qəzza zolağında atəşkəs rejiminə əməl olunmasına və sülh planının birinci mərhələsinin şərtlərinin yerinə yetirilməsinə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə "Axios" portalı Ağ Evdəki yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.

Ağ Ev rəsmilərindən biri bildirib ki, qarşıdakı 30 gün prosesin gələcək taleyini müəyyən edəcək:

“Növbəti 30 gün həlledici olacaq. İndi biz Qəzzada baş verənlərə cavabdehik. Qarşıdakı qərarları biz qəbul edəcəyik”, - deyə o qeyd edib.

Mənbələrin sözlərinə görə, Qəzzada elan olunmuş atəşkəs rejimi hələ də “son dərəcə kövrək” vəziyyətdə qalır və tərəflərin hərbi toqquşmalardan çəkinməməsi sülhün saxlanmasını çətinləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью