Qəzzada HƏMAS a qarşı nadir aksiya: Çıx tələbi...

26.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək, "HƏMAS, çıx!" şüarları ilə etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir.

Məlumata görə, Qəzzanın şimalı ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью