Qəzzada HƏMAS lideri hərəkatın tərksilah edilməsinə qarşıdır

17.04.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Heya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun videomüraciəti Qətərin Əl-Cəzirə telekanalında yayımlanıb.

"HƏMAS-ın mövcudluğu və silahları birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır", - əl-Heya deyib.

O, həmçinin bildirib ki, İsrailin Qəzza zolağında atəşkəs təklifi mümkün olmayan şərtləri ehtiva edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью