Qəzzada həyata keçirilən hücumlarda iştirak edən daha bir İsrail əsgəri intihar edib

15.08.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ordusu yazılı açıqlama verərək ölkənin şimalında Tiberiyada doğulan 28 yaşlı ehtiyatda olan zabitin intihar etdiyini bildirib.

Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı vurğulanıb.

Qeyd edilib ki, intihar edən İsrail əsgəri daha əvvəl də Qəzzada hücumlarda iştirak edib.

İsrail mətbuatının məlumatına görə, bu, orduda bu il yaşanan 17-ci intihar hadisəsi olub.

İsrail mətbuatında yer alan intihar xəbərləri ciddi maraq doğurmağa davam edir. Ordu rəsmiləri intiharların sayının artması ilə bağlı şərh verməkdən çəkinirlər.

İsrail ordusu əsgərlərinin pisləşən psixi sağlamlığını aradan qaldırmaq üçün psixoloji dəstək proqramına başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью