Qəzzada iki yaşayış binası bombalandı

11.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Qəzzada yaşayış binalarını bombalayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İsrail döyüş təyyarəsi Qəzza zolağının şimalındakı Legitim Beyt Lahiya bölgəsində Kemal Advan xəstəxanası yaxınlığındakı 3 mərtəbəli binanı bombalayıb.

Hücum zamanı bina tamamilə dağılıb. 18 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə hələ də dağıntılar altında qaldığı bildirilib.

Bundan başqa,İsrailin Nusayrat Qaçqınlar Düşərgəsinin cənub-qərbindəki Safin bölgəsində bir yaşayış binasını bombalaması nəticəsində 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Hadisə şahidləri qeyd edib ki, vətəndaşlar və xilasetmə qrupları dağıntılar altında qalanların axtarışlarını davam etdirir.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью