Qəzzada ilk 7 əsir BQXK yə təhvil verilib

13.10.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

"The Times of Israel" xəbər saytının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, ilk 7 əsir Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən zolaqdan təhvil alınıb. İsrail Ordusunun mətbuat xidməti də bu faktı təsdiqləyib.
Hazırda əsirlər İsrailin Reim şəhərindəki hərbi düşərgəyə aparılırlar. Burada onlar müayinələrdən keçiriləcək, öz ailələri və yaxınları ilə görüşəcəklər.
Qəzza zolağında qalan digər 13 əsirin də gün ərzində azadlığa çıxarılacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri də gözlənilir.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью