Qəzzada indiyədək 43,6 min nəfər həlak olub

12.11.2024

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qəzza zolağında son iki gündə İsrail hərbçilərinin əməliyyatları nəticəsində 60-dan çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Son 48 saat ərzində Qəzza zolağında 62 nəfər həlak olub, daha 147 nəfər yaralanıb”, - Nazirliyin məlumatında bildirilir.
Qeyd olunub ki, ümumilikdə, ötən ilin oktyabrında İsrailin hərbi əməliyyatları başlayandan indiyədək anklavın müxtəlif ərazilərində 43 min 665 fələstinli həlak olub, 103 min 76 nəfər isə yaralanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью