Qəzzada işğalı genişləndirmək üçün hücum planını təsdiqləndi

05.05.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

İsrail təhlükəsizlik kabineti Qəzza zolağının işğalını da genişləndirməyi hədəfləyən hücum planını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik kabineti Qəzzaya hücumları genişləndirməyi hədəfləyən planı yekdilliklə təsdiqləyib.

Planın birinci mərhələsi Qəzzada daha çox ərazinin işğalı və “bufer zonalar”ın genişləndirilməsini əhatə edir.

Qeyd edilib ki, quru hücumları ilə ələ keçirilən əvvəlki bölgələrdən fərqli olaraq, İsrail əsgərləri hücumlar bitdikdən sonra geri çəkilməyəcək və bu əraziləri işğal etməyə davam edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью