Qəzzada İsrail əsgərləri itkilər verdi

25.11.2024

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimal-qərbindəki Tevam bölgəsində 10 nəfərlik İsrail hərbi birləşməsinə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə İzzəddin əl-Qəssam Briqadaları açıqlama verib. Məlumata görə, hərbçilər raketlə hədəfə alınıb. Hücumun İsrail əsgərlərinin itkisinə səbəb olduğu bildirilib. İsrail ordusu hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İzzəddin əl-Qəssam Briqadaları ötən il Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib. İsrailin cavab əməliyyatları nəticəsində Qəzzada 44 mindən çox insan həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью