Qəzzada İsrail əsgərlərinə hücum etməmişik, atəşkəsə sadiqik

29.10.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


HƏMAS Qəzza zolağında İsrail əsgərlərinə hücum etmədiyini açıqlayıb və atəşkəs razılaşmasına sadiqliyini bir daha təsdiqləyib.

Missiya.Az xəbər verir ki, təşkilatın yazılı açıqlamasında bildirilir ki, Rafah atışması ilə heç bir əlaqələri yoxdur və İsrailin Qəzza zolağının bəzi bölgələrini bombalaması, ABŞ Prezidenti Donald Trampın Şarm əl-Şeyxdə imzalanmış atəşkəs razılaşmasının pozulmasıdır.

HƏMAS bəyan edib ki, İsrailin son hücumları əvvəlki pozuntuların davamıdır. Təşkilat həmçinin razılaşmanı təmin edən vasitəçiləri İsrailə təzyiq göstərməyə çağırıb və atəşkəs sazişinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsrail ordusu ötən gün Rəfah rayonunda əsgərlərindən birinin öldürüldüyünü və bunun HƏMAS tərəfindən həyata keçirildiyini iddia edib.

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью