Qəzzada İsrail ordusunun daha bir hərbçisi öldürülüb

22.07.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzza zolağının cənubunda partlayış baş verməsi nəticəsində İsrail ordusunun daha bir hərbçi qulluqçusu həlak olub.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilib ki, öldürülən hərbçi 19 yaşlı Amit Koendir.

Qeyd olunub ki, 2023-cü ilin 7 oktyabrından bəri Qəzzada ölən İsrail hərbçilərinin sayı 455 nəfərə çatıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью