Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi bu gün baş tutmalıdır.

22.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Birinci mərhələnin yekun mübadiləsi olaraq HƏMAS bu gün 6 girovu azad edəcək

APA xəbər verir ki, HƏMAS yeddinci məhbus mübadiləsində 3 yox, 6 israilli məhbusu azad edəcək.

Təşkilat bu gün azad ediləcək son altı israilli girovun adını da açıqlayıb.

HƏMAS bu gün sağ qalan girovları azad edəcək. Bunun müqabilində isə İsrail də fələstinli məhbusları azad edəcək.

Azad edilməli olan girovların ailələrinə məlumat verildiyi bildirilir.

Qeyd edək ki, girovların dəyişdirilməsi çərçivəsində HƏMAS indiyədək 19-u sağ və 3-ü ölü olmaqla 22 israilli girovu təhvil verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью