“Qəzzada müharibə dayandırılsın” 26 ölkədən İsrailə ortaq çağırış

21.07.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

26 ölkə ortaq bəyanat yayaraq İsrailə Qəzzadakı müharibəni dayandırmaqla bağlı çağırış edib.

Bəyanatda “Sadə və təcili bir mesajla bir araya gəlmişik: Qəzzada müharibə sona çatmalıdır” ifadəsi yer alıb. İsrailin yardım bölgüsü sisteminə isə sərt tənqid yönəldilərək bu sistemin "təhlükəli, qeyri-sabitlik yaradan və fələstinliləri insanlıq onurundan məhrum edən bir yanaşma" olduğu bildirilib.

Ortaq açıqlamada, İsrail-Fələstin münaqişəsinə dair davamlı siyasi həllin vacibliyi də vurğulanıb.

“İsraillilər, fələstinlilər və bütövlükdə region üçün təhlükəsizlik və qalıcı sülh təmin edən siyasi yol izlənilməlidir. Biz bu istiqamətdə daha çox addım atmağa hazırıq", - deyə qeyd olunub.

Sözügedən bəyanata -  Avstraliya, Avstriya, Belçika, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıq imza atıb.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью