Qəzzada ölən fələstinlilərin sayı 47 min 354 ə yüksəldi

28.01.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzza zolağında həlak olan fələstinlilərin sayı 47 min 354-ə yüksəlib. 


Missiya.Az xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, atəşkəs razılaşmasından sonra dağıntılar altından 48 nəfərin meyiti tapılıb. 

Qeyd edək ki, İsrailin 7 oktyabr, 2023-cü ildən atəşkəs əldə olunduğu günə qədər Qəzza zolağına etdiyi hücumlarda yaralıların sayı isə 111 min 563-ə çatıb. 

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью