Qəzzada ölən yardım işçilərinin sayı 337yə çatdı BMT

27.11.2024

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölən yardım işçilərinin sayı 337 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında qeyd edilib.
Təşkilatın məlumatına görə, hərbi əməliyyatların qurbanları arasında 330 fələstinli və 7 xarici vətəndaş var.
Ölümlərin çoxu (251 nəfər) BMT strukturlarının payına düşür. Onların böyük əksəriyyəti (247 nəfər) BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindəndir (UNRWA).
Ölənlər arasında Fələstin Qızıl Aypara Cəmiyyətinin (33 nəfər) və digər humanitar təşkilatların (53 nəfər) əməkdaşları da var.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью