Qəzzada ölənlərin artıb

27.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 447 gündür davam edir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 37 fələstinlinin həyatını itirdiyi, 98 fələstinlinin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumların başlamasından bu yana ümumi can itkisinin 45 min 436 nəfərə, yaralı sayının isə 108 min 38 nəfərə yüksəldiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью