Qəzzada ölənlərin sayı 43,8 min nəfəri keçdi

17.11.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 43 min 800-dən çox fələstinli həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib.
"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 43 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb", - deyilir.
Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 47 fələstinli həlak olub, daha 139 nəfər yaralanıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью