Qəzzada ölənlərin sayı 44 min 835ə yüksəlib

12.12.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Qəzza zolağına 433 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

Xalqcəbhəsi.az-ın Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbərinə görə, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qətliamda 30 nəfərin həyatını itirdiyi, 99 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 835-ə, yaralıların sayı isə 106 min 356-ya yüksəlib.

Açıqlamada həmçinin dağıntılar altında və yol kənarlarında ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью