Qəzzada ölənlərin sayı 44,2 mini ötdü

24.11.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan indiyədək İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 44 min 200-dən çox fələstinli həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirib.

"İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 44 211 nəfərə yüksəlib, daha 104 567 nəfər yaralanıb", - deyilir.

Qeyd olunur ki, son 24 saat ərzində Qəzzada 35 fələstinli həlak olub, daha 94 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью