Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb AzPolitika onlayn siyasiictimai qəzet

21.12.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Qəzzada son sutkada 21 fələstinli ölüb, 61 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 220 nəfərə, yaralananların sayı 107 570 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью