Qəzzada ölənlərin sayı 46,5 mini keçdi

11.01.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2023-cü ilin oktyabrında anklavda döyüşlər başlayandan bəri Qəzza zolağında 46,5 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 46 min 537, yaralananların sayı 109 min 571 nəfərə çatıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində anklavda İsrailin bombalaması və atəşə tutması nəticəsində 32 fələstinli ölüb, 193 fələstinli yaralanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью