Qəzzada ölənlərin sayı 47 mini keçdi KONKRET

22.01.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusunun əməliyyatları nəticəsində 47,1 mindən çox fələstinli həlak olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə  anklavın Səhiyyə Nazirliyininm “Teleqram” kanalında məlumat paylaşılıb: “İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada keçirdiyi hərbi əməliyyatların qurbanlarının sayı artaraq 47 107 nəfərə çatıb, daha 111 147 nəfər yaralanıb”.  Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində anklavda 4 nəfər ölüb, 56 nəfər yaralanıb. Bundan əlavə, dağıntılar altından daha 68 nəfərin cəsədi aşkar ediblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью