Qəzzada ölənlərin sayı 47,5 mini keçdi

03.02.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 47,5 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sektorda Fələstin-İsrail münaqişəsinin yeni raundunda ölənlərin sayı 47 518, yaralananların sayı isə 111 612 nəfər olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində anklavda daha 18 fələstinlinin meyiti aşkarlanıb. 20 nəfər isə tibbi yardım üçün Qəzzadakı tibb müəssisələrinə müraciət edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью