Qəzzada ölənlərin sayı 48 365 ə yüksəlib Son 48 saat içində 17 nəfər də həlak olub

27.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Qəzza zolağında son 48 saatda dağıntılar altından daha 17 fələstinlinin cəsədi çıxarılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı  Fələstin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, atəşkəs razılaşmasına baxmayarqq, İsrail ordusu bəzi bölgələri hələ də bombalayır: "Son 48 saatda bombardmandan sonra dağıntılar altından 17 nəfərin meyiti çıxarılıb, 19 nəfər isə yaralanan var"

Məlumatda deyilir ki, bununla da 2023-cü il oktyabrın 7-dən bu yana Qəzzada ölənlərin sayı 48365-ə, yaralı sayı isə 111780 nəfərə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью