Qəzzada ölənlərin sayı 50 minə yaxınlaşır

05.01.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzzada son sutkada 88 fələstinli ölüb, 208 nəfər yaralanıb.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 45 805, yaralananların sayı 109 064 nəfərə çatıb.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью