Qəzzada ölənlərin sayı 67 938 çatıb

15.10.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, son 24 saatda 16-sı dağıntılar altından çıxarılan 25 ölü və 35 yaralı Qəzza zolağındakı xəstəxanalara çatdırılıb.

Qeyd olunub ki, İsrailin 8 oktyabr 2023-cü ildə Qəzza zolağına başladığı hücumlarda həyatını itirənlərin sayı 67 min 938-ə, yaralı sayı isə 170 min 169-a yüksəlib.

İlahə Qənbərli

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью