Qəzzada ölənlərin sayı 71 min 800 ə yüksəlib

03.02.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Qəzza zolağında son 24 saat ərzində xəstəxanalara 5 nəfərin cənazəsinin gətirilməsi ilə 2023-cü il 7 oktyabrdan bu yana İsrailin hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 71 min 800-ə çatıb.

Ölkə.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin atəşkəs razılaşmasının qüvvədə olduğu Qəzza zolağındakı son vəziyyətlə bağlı açıqlamasında bildirilib ki, son 24 saatda xəstəxanalara 2-si dağıntılar altından çıxarılmaqla 5 nəfərin cənazəsi, eləcə də 4 yaralı çatdırılıb.

Açıqlamada qeyd olunub ki, İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr tarixindən bu yana ölənlərin sayı 526-ya, dağıntılar altından çıxarılanların sayı 717-yə, yaralıların sayı isə 1 447-yə yüksəlib.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью