Icma.az bildirir, 525.az portalına istinadən.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində 7 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1334 nəfər həlak olub, 4429 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 73 470-ə, yaralıların sayı isə 174 540 nəfərə çatıb.
İbrahim Cəfərov