525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində 8 mülki şəxs həlak olub, 26 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1439 nəfər həlak olub, 5052 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 74 040-a, yaralıların sayı isə 175 168 nəfərə çatıb.
İbrahim Cəfərov