Qəzzada ölənlərin sayı 74 494 ə çatıb

22.10.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 7 mülki şəxs həlak olub, 25 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1534 nəfər həlak olub, 5486 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 74 494-ə, yaralıların sayı isə 175 604 nəfərə çatıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью