525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 48 saat ərzində 18 mülki şəxs həlak olub, 48 nəfər isə yaralanıb.
Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1705 nəfər həlak olub, 6103 nəfər isə yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 74 722-yə, yaralıların sayı isə 176 298 nəfərə çatıb.
İbrahim Cəfərov