Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstinin Səhiyyə Nazirliyi İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayının 74 min 615-ə çatdığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb. Daha bir nəfər isə əvvəlki hücumlarda aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bildirilib ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra Qəzzada ölənlərin sayı 1 599-a, yaralıların sayı isə 5 774-ə çatıb. Dağıntılar altından 847 nəfərin meyiti çıxarılıb.
Ümumilikdə, İsrailin hücumları nəticəsində yaralananların sayının 175 min 899 olduğu qeyd edilib.
Gülay