Qəzzada ölənlərin sayı açıqlandı

24.11.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzzada son sutkada 35 fələstinli ölüb, 94 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 44 211 nəfərə, yaralananların sayı 104 567 nəfərə çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью