Qəzzada ölənlərin yeni sayı açıqlandı

02.06.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həlak olanların sayı 54 min 418, yaralıların sayı isə 124 min 190-a yüksəlib.

Metbuat.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyi 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarda ölənlərin sayı ilə bağlı son rəqəmlər açıqlayıb.

Açıqlamada Qəzza zolağında son 24 saatda 37 cəsədin və 136 yaralının xəstəxanalara gətirildiyi, cəsədlərdən 5-nin İsrailin əvvəlki hücumlarında dağıntılar altında qalan mülki şəxslərə aid olduğu bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью