Qəzzada qaçqın düşərgəsi bombalandı

02.01.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

İsrail ordusunun Qəzza zolağının cənubundakı qaçqın düşərgəsinə hücumu nəticəsində azı 10 fələstinli həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunisdə yerləşən əl-Məvasi humanitar zonasında məcburi köçkün olan fələstinlilər üçün qurulmuş çadır düşərgəsinə zərbələr endirib və nəticədə 10 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkənlər arasında ən azı üç uşağın olduğu qeyd edilir. Telekanal həmçinin qeyd edir ki, əl-Məvasi ərazisi “humanitar zona” elan edilməsinə baxmayaraq, İsrail hərbçiləri bu əraziyə dəfələrlə hücum edib, yüzlərlə insanı öldürüb və yaralayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью