Qəzzada sabitləşdirmə qüvvələrinin yaradılması üzrə nazirlərin görüşünün vaxtı müəyyənləşib

31.10.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Qəzza zolağında atəşkəs və vəziyyətin nizamlnması üzrə əlavə addımları müzakirə etmək üçün bir neçə ölkənin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, Fidan Ankarada keçirdiyi mətbuat konfransında görüşdə daha əvvəl - sentyabr ayında Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla görüşmüş xarici işlər nazirlərinin iştirak edəcəyini bildirib.

O, müzakirələrin atəşkəsin qorunması, eləcə də Qəzza üzrə işçi qrupunun yaradılması və sabitləşdirmə qüvvələrinin formalaşdırılması məsələlərinə yönələcəyini bildirib.

Türkiyə XİN başçısı vurğulayıb ki, Ankara atəşkəs rejiminin qorunub saxlanmasından narahatdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью