Qəzzada savaş: son 15 gündə 556 fələstinli həyatını itirib

11.12.2024

Mia.az saytına istinadən Icma.az xəbər verir.

İsrail ordusu Qəzza zolağının müxtəlif nöqtələrinə zərbələri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 15 gündə 556 fələstinli bombardmanlarda ölüblər.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, son 24 saatda 19 nəfər həyatını itirib, 69 nəfər isə yaralanıb: "Bununla da ölənlərin sayı 44 min 805-ə, yaralıların sayı isə 106 min 257-yə yüksəlib".

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью