Qəzzada səkkiz fələstinli soyuqdan donaraq öldü

02.01.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Son iki gün ərzində Qəzza zolağındakı məcburi köçkün düşərgələrində səkkiz fələstinli soyuqdan ölüb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Qəzzanın səhiyyə nümayəndəsinin məlumatına görə, anklavda yeddinci körpə soyuqdan ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayı səkkizə çatıb. Fələstinli rəsmi qeyd edib ki, məcburi köçkünlər bir neçə gündür bölgədəki müvəqqəti sığınacaqları su altında qoyan güclü yağışlardan əziyyət çəkirlər.

Öz növbəsində, Fələstinin WAFA informasiya agentliyi Qəzzanın Mülki Müdafiə İdarəsinə istinadən bildirir ki, güclü yağışlar on minlərlə məcburi köçkün ailənin vəziyyətini daha da ağırlaşdırıb. Daşqın nəticəsində 1500-dən çox çadır su altında qalıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью