Qəzzada şiddətli soyuqdan 10 uşaq ölüb

25.02.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hazırda dünyanın gərgin nöqtələrindən biri olan Qəzza zolağında şiddətli soyuqdan 3 uşaq ölüb.
Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Fələstinin rəsmi xəbər agentliyi VAFA sağlamlıq mənbələrinə əsaslanaraq yayıb.
“İsrailin 15 aydan çox davam edən hücumlarından sonra əldə edilən atəşkəsə baxmayaraq, insanların yardımların məhdudlaşdırılması səbəbiylə sığınacaq və istilik problemi yaşadığı Qəzzada soyuq hava şəraiti 3 uşağın ölümü ilə nəticələnib”,- qeyd edilib.
Mənbələr soyuq havanın təsirli olduğu Qəzzada bir çox uşağın vəziyyətinin kritik olduğunu bildirib.
Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, daha əvvəl Qəzzada şiddətli soyuqdan 7 uşaq dünyasını dəyişib.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью