Qəzzada son 24 saatda 30dan çox fələstinli öldü

04.11.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İsrail hərbçilərinin təcavüzü nəticəsində Qəzza zolağında son 24 saatda 30-dan çox fələstinli ölüb, 150-də çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzzada 33 nəfər həlak olub, 156 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Nazirlik həmçinin qeyd edib ki, ötən ilin oktyabrından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 43 374, yaralananların sayı 102 261 nəfərə çatıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью