Qəzzada son 24 saatda 35 fələstinli öldü

16.11.2024

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İsrail qüvvələrinin blokadada olan anklavın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində son 24 saat ərzində ən azı 35 fələstinli ölüb, 111 fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin son 24 saat ərzində təcavüzü nəticəsində Qəzzada 35 nəfər həlak olub, 111 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, ötən ilin oktyabrında hərbi əməliyyatlar başlayandan bəri anklavda 43 799 fələstinli ölüb, 103 601 fələstinli yaralanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью