Qəzzada son 24 saatda 8 nəfər ölüb, 32 nəfər yaralanıb

10.06.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 8 mülki şəxs həlak olub, 32 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 978 nəfər həlak olub, 3097 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 72 988-ə, yaralıların sayı isə 173 205 nəfərə çatıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью