Qəzzada son durum: Ölənlərin sayı artır

13.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

İsrail ordusunun Qəzzadakı Nuseyrat qaçqın düşərgəsində yerləşən yaşayış məntəqəsinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 33 nəfərə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" yerli mənbələrə istinadən məlumat yayıb.

Ölənlərdən 9-nun azyaşlı olduğu açıqlanıb.

Hücum zamanı yaralanan və itkin düşənlərin ümumi sayı 84 nəfəri ötüb.

Hazırda düşərgədə axtarış-xilasetmə işləri aparılır.

İsrail hərbçiləri əsas hücum hədəfinin yüksək vəzifəli terrorçunun olduğunu bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью