Qəzzada son sutka ərzində azı 30 fələstinli İsrail ordusu tərəfindən öldürülüb

06.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şənbə günü İsrailin hərbi əməliyyatları nəticəsində azı 30 fələstinli həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı səhiyyədəki mənbələrə istinadən məlumat yayıb.

İsrail ordusu Qəzzada ən azı 30 fələstinlini öldürüb ki, bunlardan da 8-i Xan Yunus qəsəbəsinin cənubundakı şəxsi evə endirdiyi hava hücumu nəticəsində olub.

Hücumun qurbanları arasında fələstinli jurnalist İslam Miqdadın da olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью