Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 32 nəfər ölüb, 94 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Qəzzanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Bir çoxları hələ də dağıntılar altında qalıb”, - məlumatda deyilir.