Qəzzada son sutkada 48 nəfər həlak oldu

05.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Qəzza zolağına son 24 saat ərzində edilən hücumlar nəticəsində 48 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Ölüm hallarından 21-i "Əl-məvasi" qaçqın düşərgəsinə endirilən aviazərbələr zamanı qeydə alınıb.

Bildirilib ki, bombardman zamanı daha 28 nəfər yaralanıb.

Hadisə qurbanlarının əksəriyyəti qadın və uşaqlardır.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, İsrail - Fələstin müharibəsində həlak olanların ümumi sayı 44.580 nəfərə çatıb.

Yaralı sayı 105.739 nəfər təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью